Bilik Fondu “Yazmağı bacaracaqsan” adlı layihə həyata keçirəcək

Bilik Fondu “Yazmağı bacaracaqsan” adlı layihə həyata keçirəcək
16:02 7 Aprel 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 15:57 ]


 

Bakı. Cavid Zeynallı – APA. Prezident yanında Bilik Fondu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) dəstəyi ilə yeni layihənin icrasına başlayıb. Fonddan APA-ya verilən məlumata görə, “İlboyu bilik” proqramı üzrə “Yazmağı bacaracaqsan” layihəsində jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün ödənişsiz kurslar təşkil ediləcək.

Kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaları üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq.

Fonddan bildiriblər ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində “Yamağı bacaracaqsan” layihəsi üzrə ilk təlim – videokonfrans keçirilib. Videokonfransda Bakı və Azərbaycanın 7 bölgəsindən – Mingəçevir, Gəncə, Bərdə, Şamaxı, Qusar, Sumqayıt, Lənkərandan olan abituriyentlər iştirak ediblər.

Abituriyentlərə esse yazmağın qaydaları haqqında ətraflı məlumat verən filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli onlara ünvanlanan sualları cavablandırıblar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR