Birinci xanımdan nümunəvi qış stili - FOTO

Birinci xanımdan nümunəvi qış stili - FOTO
17:48 21 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Yeni il hazırlıqlarına başlayan Amerikanın birinci xanımı geyimi ilə diqqət çəkib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, stil ikonası kimi tanınan birinci ledi Milad Bayramı üçün hazırlıqlara artıq başlayıb. Dünən Ağ evə hündür yolka gətiriblər. Bayramın rəmzini Melaniya ilə oğlu Berron Tramp qəbul edib.

Adətən milad yolkalarının qəbul edilməsi mərasimi cümə günü - Şükranlıq Günündən dərhal sonra keçirilir. Amma bu il tədbir tez baş tutub, çünki prezident Şükranlıq Gününü ailəsi ilə birlikdə Ağ evdə deyil, Floridada qeyd edəcək.

Melaniya publika önünə sadə, amma təsir bağışlayan obrazda çıxıb. O, tünd göy şalvarını “Victoria Beckham” çəkmələri, “Ralph Lauren” vodolozkası və “Calvin Klein” paltosu ilə tamamlayıb.

ABŞ prezidentinin 11 yaşlı oğlu Berron isə bu dəfə ictimaiyyət qarşısına çıxmaq üçün ciddi qara kostyum və ağ köynəyə üstünlük verib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/221572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR