Məhərrəm Əliyev: "Cinayət Məcəlləsinə 300-ə yaxın mühüm dəyişiklik edilib"

Məhərrəm Əliyev: "Cinayət Məcəlləsinə 300-ə yaxın mühüm dəyişiklik edilib"
05:27 22 Noyabr 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ "Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Cinayət Məcəlləsinə bir sıra əməllərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə cəzasının hədlərinin azaldılması, azadlığın məhdudlaşdırılması yeni alternativ cəza növünün daxil edilməsi, zərərçəkmiş şəxslə barışma institutunun təkmilləşdirilməsi, həmçinin həbsə alternativ qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı 300-ə yaxın mühüm dəyişiklik edilib".
“Report” xəbər verir ki, bunu Azərbaycan ədliyyə nazirinin müavini Məhərrəm Əliyev 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı günü münasibəti ilə "Xalq qəzeti"nə müsahibəsində deyib.
O bildirib ki, hələ vaxtilə – 2000-ci ildə əvvəlki hüquq sistemindən fərqli olaraq, ölkənin müasir hüquq sisteminin fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbul edilməsi o dövrdə mütərəqqi addım idi, hazırda isə bu sərəncam hüquqi sahədə islahatların keyfiyyətcə yeni mərhələdə davam etdirilməsini şərtləndirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/meherrem-eliyev-cinayet-mecellesine-300-e-yaxin-muhum-deyisiklik-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR