"Report"un məlumatına görə, ikinci oyun gününün mərkəzi qarşılaşmaları İtaliya və İspaniya klublarının iştirakı ilə baş tutacaq.
"Yuventus" İspaniya "Barselona"sını qəbul edəcək. "Qoca Sinyora" qələbə qazanacağı təqdirdə, ən azı qrup ikincisi kimi 1/8 finala vəsiqə qazana bilər. Bunun üçün Portuqaliya "Sportinq"i Yunanıstan "Olimpiakos"u ilə ev oyununda xal itirməlidir. "Barselona"ya isə heç-heçə, hətta "Sportinq" qələbə qazana bilməsə, məğlubiyyət də yetərli olacaq.
"Qarabağ"ın yer aldığı "C" qrupunda isə "Atletiko" İspaniyada "Roma"nı sınağa çəkəcək. 4 turdan sonra İtaliya təmsilçisi 8 xalla qrup lideri, madridlilər isə 3 xalla qrup üçüncüsüdür. Qrupun digər görüşündə Azərbaycan komandası İngiltərənin "Çelsi" klubuna uduzsa, "Roma"ya 1/8 finala vəsiqə üçün heç-heçə də kifayət edəcək.
Bu gün meydana çıxacaq komandalardan hələlik "B" qrupundakı Fransa PSJ-si və Almaniya "Bavariya"sı mərhələ adlayıb. Digər 4 qrupdan isə Türkiyənin "Beşiktaş", İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Siti" və "Tottenhem" komandaları Çempionlar Liqasının 1/8 finalına yüksəlib.
Çempionlar Liqası, V tur
A qrupu
21:00. MOİK (Moskva, Rusiya) - "Benfika" (Portuqaliya)
23:45. "Bazel" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə)
Xal durumu: "Mançester Yunayted" - 12, "Bazel" - 6, MOİK - 6, "Benfika" - 0.
B qrupu
23:45. PSJ (Fransa) - "Seltik" (Şotlandiya)
23:45. "Anderlext" (Belçika) - "Bavariya" (Almaniya)
Xal durumu: PSJ - 12, "Bavariya" - 9, "Seltik" - 3, "Anderlext" - 0
C qrupu
21:00. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə)
23:45. "Atletiko" (İspaniya) - "Roma" (İtaliya)
Xal durumu: "Roma" - 8, "Çelsi" - 7, "Atletiko" - 3, "Qarabağ" - 2
D qrupu
23:45. "Yuventus" (İtaliya) - "Barselona" (İspaniya)
23:45. "Sportinq" (Portuqaliya) - "Olimpiakos" (Yunanıstan)
Xal durumu: "Barselona" - 10, "Yuventus" - 7, "Sportinq" - 4, "Olimpiakos" - 1.