“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, məqsəd 134 nəfər şübhəli şəxsin tutulmasıdır.
Həmin şəxslər Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları olublar və və orduda FETÖ-nün “Məhrəm imamlığ"ını ediblər. Onlar FETÖ-yə üzv olmaq, terror qruplaşması adından fəaliyyət göstərmək, qanunsuz təşkilatlanmaq və digər cinayətlərdə ittiham olunurlar.
Əməliyyatı Konya əyaləti Təhlükəsizlik İdarəsinin Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsi aparıb.