Venesuelada dolların məzənnəsi 100 000 bolivara yaxınlaşır

Venesuelada dolların məzənnəsi 100 000 bolivara yaxınlaşır
12:02 22 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Venesuelada ABŞ dollarının nağd valyuta bazarında məzənnəsi ötən gün 88 000 bolivara yüksəlib. 
"Report" xəbər verir ki, son 1 həftədə bu ölkədə Amerika valyutası 51% bahalaşıb. 
İlin əvvəli ilə müqayisədə isə qiymət artımı 28 dəfədir. Buna səbəb ötən ay Venesuelada neft hasilatının həcminin son 28 ilin minimal səviyyəsinə - 1,863. mln barel/günə enməsi göstərilir. 
Qeyd edək ki, Venesuela Mərkəzi Bankında dolların rəsmi məzənnəsi 9,98 bolivar təşkil edir. Yəni, nağd valyuta bazarında məzənnə rəsmi məzənnədən 8 800 dəfə yüksəkdir. 
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 25-də Venesuelaya qarşı maliyyə sanksiyalarının tətbiqi barəsində sərəncam imzalayıb. Bir müddət əvvəl isə öncə isə Venesuela Rusiyaya olan 3 mlrd. dollar borcunun qarşılıqlı razılaşma əsasında restrukturizasiyasına nail olub.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Venesuelada inflyasiyanın 653%, gələn il isə 2 350% olacağını proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/venesuelada-dollarin-mezennesi-100-000-bolivara-yaxinlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR