Bu da Tünzalə Ağayevanın XARİCDƏ oxuyan QIZI – FOTO

Bu da Tünzalə Ağayevanın XARİCDƏ oxuyan QIZI – FOTO
18:48 22 Noyabr 2017
631 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Əməkdar artist Tünzalə Ağayevanın tək övladı Fidanın doğum günüdür.

Publika.az xəbər verir ki, müğənni qızı ilə fotolarını sosial media hesabında paylaşaraq onu təbrik edib.

Xatırladaq ki, İstanbulda təhsil alan Fidanı xaricdə oxumağa anası məcbur edib. Tünzalə bu barədə saytımıza danışarkən məlumat vermişdi:

“Günün istənilən saatında videozəngləşirik, danışırıq. Darıxır, mən də onun üçün darıxıram. Özüm bilə-bilə fərqli bir cəmiyyətdə böyüyüb, başqa cür təhsil alsın deyə, Bakıdan uzaqlaşdırdım. İstanbuldadır. Arzum odur ki, o, böyük bir coğrafiya gəzsin. Öz işində yaxşı bir peşəkar olsun. Heç vaxt onun seçiminə müdaxilə etməmişəm. Nə istəyib, özü seçib. Ancaq onu göndərməyim çox çətin oldu. Mənə deyirdi ki, “Sən necə anasan? Məni özündən uzaqlaşdırırsan. Başqa analar deyir uşağım yanımda olsun”. İstəyirəm mənim üçün gec olan arzularımızı qızım həyata keçirsin”.

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/221712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR