Etiraf etdilər:

“Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar, hətta məlumatların ötürülməsi deaktiv edildiyi halda istifadəçilərin olduğu yeri daim izləyirmiş. Bu məlumatı “Google” şirkəti “Quartz” nəşrinə verib.

Metbuat.az xəbər verir ki, “Google” şirkəti 2017-ci ilin yanvarında “Android” istifadəçilərinin olduğu yer haqda məlumatı toplamağa başlayıb. İstifadəçinin olduğu yer yaxınlıqda yerləşən mobil rabitə qüllələrinədək olan məsafə üzrə təyin edilir və hətta geoməkan servislərinin deaktiv edilməsi, SİM-kartın çıxarılması zamanı da məlumat toplanılır.

Məlum olub ki, istifadəçi başqa baza stansiyasının əhatə dairəsinə keçirildiyi, “Wi-Fi” və “GPS”i işə salan zaman smartfon hər dəfə istifadəçinin olduğu yer haqda məlumatı “Google” şirkətinə ötürür. Lakin korporasiya bu məlumatları yaddaşda saxlamır və hazırda həmin funksiyanı deaktiv etməyi planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR