ABŞ-dan xəbərdarlıq -

ABŞ-ın Dövlət Departamenti Səudiyyə Ərəbistanında yaşayan vətəndaşlarına terror təhlükəsi barədə xəbərdarlıq edib.

Metbuat.az-ın məlumatına görə, həmçinin krallığa səfər planlaşdıran amerikalılara səyahətlərini təxirə salmaq tövsiyyə edilib. Qurumun bəyanatında bildirilir ki, paytaxt Ər-Riyad, Ciddə şəhərləri başda olmaqla bütün bölgələrdə terror təhlükəsi var.

Bundan əlavə Yəməndən bu ölkəyə ballistik raket hücumlarının ola biləcəyi istisna deyil. Açıqlamada bu ilin martında da oxşar xəbərdarlığın edildiyi diqqətə çatdırılıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR