“iPhone X”da yeni funksiya tapıldı

“iPhone X”da yeni funksiya tapıldı
08:37 23 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

"Apple"ın "iPhone X" smartfonlarında daha öncə açıqlanmamış yeni funksiya aşkarlanıb.   

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu "Reddit" internet resursunun istifadəçilərindən biri bildirib. O deyib ki, smartfonda zəngli saatı bir baxışla qoşmaq mümkündür.
 
İstifadəçi bunu səhər smartfondakı zəngli saatın səsinə oyandıqdan sonra fərq etdiyini söyləyib: "Mən çarpayıdan qalxdım, telefona baxdım və zəngli saat dayandı. Əvvəlcə elə bildim yuxu görürəm".
 
Maraqlıdır ki, smartfonun bu xüsusiyyəti barədə nə təqdimatda, nə də cihazın təlimatında bəhs edilməyib.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/601350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR