Qan donduran xəbər - 1700 cəsəd...

Qan donduran xəbər - 1700 cəsəd...
18:46 7 Aprel 2015
76 Dünya
Ölkə mətbuatı
A- A+

Keçən həftə İŞİD silahlılarından təmizlənən İraqın Tikrit şəhərində əsgərlərin basdırıldığı 12 kütləvi məzarlıq tapılıb.

ANS PRESS-in məlumatına görə, məzarlardakı cəsədlərin İŞİD-in keçən il öldürdüyü təxminən 1700 iraqlı əsgərə aid olduğu təxmin edilir. Kütləvi məzarlar keçmiş ABŞ-a məxsus "Camp Speicher"ın yaxınlığında aşkarlanıb.

İŞİD keçən ilin iyun ayında Tikriti ələ keçirərkən sosial mediada öldürülmüş yüzlərlə şiə əsgərinin fotolarını və videolarını paylaşmışdı.

Kütləvi məzarlıqlardan çıxarılan cəsədlər DNK analizlərindən sonra ailələrinə təhvil veriləcək.

Qətliamdan qurtula bilənlərin sözlərinə görə, İŞİD silahlıları əsgərləri öldürməzdən öncə hansı məzhəbə qulluq etdikləri, yəni şiə və ya sünni olduqlarını soruşub.

Qeyd edək ki, Tikrit İrakın keçmiş lideri Səddam Hüseynin məmləkəti və əsasən sünnilərin yaşadığı bir şəhərdir. Şəhər bir ay sürən mühasirədən sonra şiə polislərinin dəstəklədiyi İrak ordusu tərəfindan İŞİD-dən geri alınmışdı.

İrak ordusunun Tikritin ardından Mosulu da İŞİD-dən geri ala bilmək üçün, gücünü bu şəhərə yönləndirəcəyi gözlənilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR