O, Çempionlar Liqasında 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub

O, Çempionlar Liqasında 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub
10:27 23 Noyabr 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasında 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub.

Milli.Az report-a istinadən xəbər verir ki, isveçli forvardın "qırmızı şeytanlar"ın heyətində qitənin ən nüfuzlu klub turnirində debütü qrup mərhələsinin V turunda İsveçrə "Bazel"i ilə görüşə təsadüf edib.

Qarşılaşma "Bazel"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İbrahimoviç mövsümün ilk yarısını ciddi zədə üzündən buraxıb. Nəticədə onun Çempionlar Liqasında debütü təxirə salınıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç əvvəllər Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus", "İnter" və "Milan", İspaniyanın "Barselona" və Fransanın PSJ klublarının heyətində bu turnirin iştirakçısı olub.   

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/601832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR