Avstraliyadakı miqrantların düşərgəsi dağıdılacaq

Avstraliya, qitəyə çatmaq istəyən miqrantların illərdir qaldıqları Manus Adasındakı düşərgəni bu gün dağıdacaq.

Metbuat.az-ın məlumatına görə, həftələrdir elektrik, su və qida köməyinin kəsilməsinə baxmayaraq, başqa düşərgələrə getməyi rədd edən miqrantlar Papua Yeni Qvineya polisi tərəfindən qaldıqları yerdən çölə çıxarılır.

İllərdir düşərgələrdə yaşayan miqrantların səsini dünyaya çatdıran iranlı miqrant və jurnalist Behruz Boçani, Tvitter hesabında bildirib ki, polis mikrofonla miqrantlara, “Hərəkət edin, hərəkət edin” deyə qışqırır. O, Tvitterdə yazdığı mesajdan qısa müddət sonra tutulub. Düşərgədəki miqrantlar bildiriblər ki, polis onlara həmin yerdən getmələri üçün 1 saat vaxt verib.

Qeyd edək ki, Avstraliyaya gəmiylə gələn miqrantlar, 4 ildir Papua Yeni Qvineya torpaqlarındakı Manus adasında qalırdılar. 31 oktyabrda düşərgəni bağlayacağını açıqlayan Avstraliya, təxminən 600 kişi miqrantın yeni tikilən sığınacaqlara köçməyini istəyirdi. Qaçqınlar isə 3 həftədir dünyanın unutduğu bu yerdə qalmaq üçün mübarizə aparırdı.

Avstraliya mətbuatındakı xəbərə görə, miqrantlar təklükəsizlik səbəbindən Papua Yeni Qvineyadakı Lorengau adasında yeni yaradılan düşərgəyə köçməyi qəbul etmirlər. Miqrantlar, xalqın onlara hücum edəcəyindən qorxurlar.

Bu ayın əvvəlində BMT Papua Yeni Qvineyadakı yeni sığınacaqların hazır olmadığını və tikintinin davam etdiyini açıqlamışdı. Avstraliyanın insan hüquqları təşkilatları noyabr ayının əvvəlindən etibarən bir çox nümayiş təşkil edib və miqrantları dəstəkləyiblər.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR