Messi Karlosa çatdı

Messi Karlosa çatdı
20:12 23 Noyabr 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın futbolçusu Lionel Messi Braziliya yığmasının sabiq üzvü Roberto Karlosun rekordunu təkrarlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 30 yaşlı oyunçu buna Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turu çərçivəsində "Yuventus"la baş tutan matçda (0:0) nail olub.

Meydana sonradan daxil olan Messi ÇL-də keçirdiyi görüşlərin sayını 120-yə çatdırıb. Bununla da, o, Madrid "Real"ının formasını geyinmiş Karlosa çatıb.

Məsələ burasındadı ki, bu oyuna qədər Çempionlar Liqasında ən çox matçda iştirak etmiş cənubi amerikalı futbolçu məhz Karlos idi. Messi cəmi 2 həftə sonra siyahıda vahid liderə çevrilə bilər.

Qeyd edək ki, ilk "beşlik"də Dani Alveş (105 oyun), Xavyer Zanetti (97 oyun) və Xavyer Maskerano (96 oyun) də yer alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/601914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR