İspaniyada qalmaqal -

İspaniya hökuməti qaçqın düşərgələrində yer olmadığını irəli sürərək, 500-ə qədər mühaciri həbsxanalara yerləşdirib.

Metbuat.az-ın məlumatına görə, Əlcəzairdən Mursiya bölgəsinə gələn miqrantların hüquqları kobud şəkildə pozulub. Onlar əyalətdəki yeni inşa edilən təcridaxanada saxlanılır. Bu addım isə qeyri-kökumət təşkilatları tərəfindən etirazla qarşılanıb.

Bildirilib ki, 500 qaçqın üçün sığınacağın tapılmaması həqiqətə uyğun deyil. Bu vəziyyətin aradan qaldırılması üçün müvafiq qurumlara müraciət edilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR