Suriyalı müxaliflər razılaşdı - Cenevrəyə birgə gedəcəklər

Suriyada vətəndaş müharibəsinin sona çatması üçün başlayan 10 günlük marafonda yeniliklər olub.

Metbuat.az-ın məlumatına görə, Soçidə Türkiyə, Rusiya və İran liderlərinin görüşündən sonra, Səudiyyə Ərəbistanının paytaxtı Riyadın son iki gündür keçirilən iclasın nəticəsi ötən gecə açıqlanıb. Qərarda bildirilib ki, Suriya hökuməti və müxaliflər Sammitdə birbaşa danışıqlar masasına oturacaq. Müxaliflər, gələn həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) təşkil edəcəyi Cenevrə zirvəsində ortaq heyətlə iştirak edəcək.

Sammitdən sonra mətbuat nümayəndələrinə açıqlama verən Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyasının (SMDK) üzvü Besme Kadmani deyib: “Cenevrəyə ön şərtsiz gedirik, ancaq siyasi keçidə bağlı düşüncəmiz etibarlı mühitin yaradılmasından keçir. Bu da indiki rejim olduğu müddətdə reallaşa bilməz”.

Kadmani, Cenevrə heyətində SMDK, Milli Koordinasiya təşkilatı, hərbi qruplar, Moskva və Qahirə qruplarının iştirak edəcəyini bildirib. Cenevrədə 50 nəfərlə təmsil olunacaq müxaliflərin adları bu gün müəyyən ediləcək. Bugünkü danışıqlarda müxalifət qrupların tərəfdarları da müəyyən ediləcək.

Müxaliflərin ən kritik mövqeyi, Dəməşq lideri Bəşər Əsədin zirvə toplantısına gedib-getməyəcəyi ilə bağlı tələbləri olacaq. Müxalifət içindəki Moskva qrupu Əsədin qalmasını müdafiə etsə, digər qruplar bunun əksini istəyir. Rusiya tərəfindən dəstəklənən Bəşər Əsəd isə, vəzifədən gedəcəyinin danışıq mövzusu olmadığını bildirib.

Qeyd edək ki, vətəndaş müharibəsinin 7-ci ilinin tamam olmağına az qalmış Suriyada bu günə qədər BMT-nin liderliyində edilən bütün danışıqlar çöküb. Yüz minlərlə insanın öldüyü, milyonlarla insanın evini tərk edib, qonşu ölkələrə getmək məcburiyyətində qaldığı Suriyada, yaydan bu yana silahlar nisbətən susub. Türkiyə, Rusiya və İran ilk olaraq münaqişə zonaları elan ediblər, bundan sonra atəşkəslə bağlı yeni səhifə açılıb.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani, çərşənbə günü Qara dəniz sahilindəki Soçidə Suriya üçün bir araya gəliblər. Liderlər vətəndaş müharibəsinin sona çatması təşəbbüsündə razılığa gəliblər.

Günay Elşadqızı / METBUAT.AZ

Nazirin açıqlaması ölkəni hiddətləndirdi - “Xərçəng xəstəliyi...”

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR