“Traktorsazi”nin oyunu təxirə düşdü -

İran çempionatında 13-cü turun oyunları keçirilir.

Metbuat.az-ın məlumatına görə, ötən gün Təbrizin “Traktorsazi” klubu ilə “Sepidrood Raşt” arasında keçirilməsi nəzərdə tutulan oyun təxirə salınıb.

Buna səbəb Təbrizə güclü qar yağması olub. Matç bu gün saat 14:00-da keçiriləcək.

Qeyd edək ki, mövsümə uğursuz start verən "Traktorsazi" 12 xalla 14-cü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR