London metrosunda iki nəfər mübahisə etdi

Londonun “Oxford Circus” metro stansiyasında baş verən insident zamanı 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya paytaxtının təcili tibbi yardım xidmətindən bildirilib.

Noyabrın 24-ü, axşam saatlarında London polisinə “Oxford Circus” stansiyasında atışma ilə bağlı məlumat daxil olub. Sərnişinlər təxliyə edildikdən sonra məlum olub ki, təşvişə stansiyanın platformasında iki nəfərin mübahisəsi səbəb olub.

Yaranan izdiham nəticəsində xəsarət alan 15 nəfərin həyatına təhlükə olmadığı bildirilir.

***

22:41

Londonun “Oxford Circus” metro stansiyasında silahlı insidentlə bağlı məlumatlar təsdiqini tapmayıb.

APA-nın xəbərinə görə, polis qüvvələri hadisə yerini tərk edir, stansiya ştat rejimində fəaliyyətini davam etdirir.

Məlumata əsasən, bir qadın təxliyə zamanı yüngül xəsarət alıb.

***

21:57

Londonun “Oxford Circus” metro stansiyasında silahlı insident baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir qadın yaralanıb.

İnsidentin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Bundan əvvəl “Oxford Circus” metro stansiyasında insanların təxliyə olunduğu barədə məlumatlar yayılıb.

Mənzildə köməksiz qalan 2 azyaşlı xilas edildi - Bakıda -Oxuma üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR