​Azərbaycanda zəlzələ ilə bağlı son vəziyyət

“Dünyanın bütün seysmik regionlarında aktivləşmə var”.

Bunu Metbuat.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, təkanlar təkcə Azərbaycanda deyil, seysmoaktiv zonalarda yerləşən ayrı-ayrı ölkələrdə də davam edir:

“Bu, yerin altında gedən təbii proseslərdir və özünü zəlzələlər formasında göstərir. Yeraltı piltələrarası toqquşma zamanı ocaqlar hərəkətə gəlir. Nəticədə zəlzələ baş verir.

Noyabrın 15-i Ağdamda baş verən zəlzələdən sonra həmin ərazidə bu günə kimi afterşoklar davam edir. İlkin hesablamalara görə, noyabrın 22-nə kimi 225 afterşok qeydə alınıb. Ümumiyyətlə, Azərbaycan ərazisində hər gün onlarla, yüzlərlə hiss olumayan təkanlar baş verir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Ardıcıl iki zəlzələ baş verib - Təkanlar susmaq bilmir –TÜRKİYƏ – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR