Qayıqla qanunsuz olaraq Rusiya ərazisinə keçən Azərbaycan vətəndaşı saxlanılıb

06:12 8 Aprel 2015
115 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 8 aprel. REPORT.AZ/ Aprelin 6-da Donetsk şəhəri ətrafında Severski Donets çayı sahilində keşik çəkən sərhəd dəstəsi qayıq vasitəsilə qanunsuz olaraq Rusiya-Ukrayna sərhədini keçən iki nəfəri aşkar edib.
"Report" xəbər verir ki, sözügedən vətəndaşlar sahilə çıxan kimi saxlanılıblar.
Onlar Azərbaycan vətəndaşı və onun rusiyalı bələdçisi olub.
Dindirilmə zamanı qanun pozucuları sahilə təsadüfən çıxdıqlarını bildirərək sərhədçiləri çaşdırmağa çalışıblar.
Müəyyən edilib ki, Azərbaycan vətəndaşının Rusiya Federasiyası ərazisinə girişi qadağandır.
Hazırda saxlanılan şəxslərə qarşı inzibati qanun pozuntusu haqqında iş açılıb, yoxlama tədbirləri görülür və onlar tərəfindən törədilən bütün qanun pozuntuları müəyyən edilir. Rusiya və Azərbaycan vətəndaşlarının Cinayət Məcəlləsinin 322-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/rusiyaya-qanunsuz-kecen-azerbaycan-vetendasi-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR