Paytaxtda 2 ədəd partlamayan hərbi sursat aşkar olub

27 Noyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 94 ünvanında 2 ədəd partlamayan hərbi sursatın olması barədə məlumat daxil olub.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Daxili İşlər Nazirliyinin nümayəndələri dərhal həmin əraziyə göndərilib.

Agentliyin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Daxili İşlər Nazirliyinin nümayəndələri birlikdə həmin ərazidə avtopark ərazisinə baxış keçirib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən 2 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar edilib, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunana mərmilərin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR