Sloveniya Futbol Federasiyası milli komandamızın hazırkı baş məşqçisi Robert Prosineçkidən imtina edib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, qurum yığmaya əsas namizədlər sırasından xorvatiyalı mütəxəssisi çıxarıb.Sloveniya Futbol Federasiyası millinin baş məşqçi vəzifəsinə yerli çalışdırıcı Tomaj Kavçiçi gətirmək qərarına gəlib. Yaxın günlərdə T.Kavçiçlə müqavilə imzalacağı gözlənilir.
Qeyd edək ki, R.Prosineçkinin AFFA ilə müqaviləsi dekabrın əvvəli başa çatır. Bundan sonra milliyə Qurban Qurbanov rəhbərlik edəcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində