Ağ Evdən hücumla bağlı açıqlama gəldi

Ağ Evdən hücumla bağlı açıqlama gəldi
10:26 8 Aprel 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Vaşinqron Rusiya hakerlərinin ABŞ Dövlət Departamenitinə və Ağ Evin kompüter sisteminə kiberhücumu barədə açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Ağ Evin sözçüsü Mark Stroh bildirib ki, bu, baş verən yeni hadisə deyil: "Biz Rusiya hakerlərinin kiberhücumu barədə CNN-nin xəbərini şərh etmək niyyətində deyilik."

CNN telekanalı xəbər vermişdi ki, hakerlər qeyri-məxfi, lakin həssas informasiya əldə ediblər. Bura prezidentin qeyri-ictimai işlər üçün gündəliyi də daxildir.

Prezident Barak Obamanın milli təhlükəsizlik müşavirinin müavini Ben Rhodes məlumat verib ki, 2014-cü ildə baş vermiş haker hücumu zamanı heç bir məxfi informasiya açılmayıb. Ağ Evin qeyri-məxfi, məxfi və tamamilə məxfi sistemləri var. Düşünmürəm ki, haker müdaxiləsi məxfi sistemlərə edilib.

Xatırladaq ki, Federal Təhqiqatlar Bürosu (FTB) kiber hücumu indiyədək ABŞ hökumət sistemlərinə edilən ən mahir haker hücumu adlandırıb. Hücum faktı rusiyalı hakerlər tərəfindən xüsusi kompüterlərlə həyata keçirilib.

Bu cür hadisə Ağ Evdə ötən il də baş verib, lakin hakerlər heç bir məxfi informasiya əldə etməyiblər.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR