“Təhdid gəlsə, tərəddüdsüz şəkildə o bölgəyə girəcəyik”

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Afrinlə bağlı açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, nazir Afrinə edilə biləcək əməliyyatla bağlı açıqlamasında deyib:

“Milli Təhlükəsizlik Şurası Afrindəki təhdidi müzakirə edib. Afrindən hər hansı təhdidin gəldiyini görsək, tərəddüdsüz şəkildə ora girib, terrorçulardan təmizləyəcəyik. Bir gecə anidən o bölgəyə girə bilərik”.

Çavuşoğlu, ABŞ-ın YPG-yə silah dəstəyi verməyi ilə bağlı məsələyə də açıqlama verib:

“Tramp söz verdi. Biz söz verəndə bunun üstündə dururuq. Bu məsələdə də eyni addımı gözləyirik. ABŞ-ın daxili işlərinə qarışa bilmərik”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR