Əfqanıstan prezidenti Azərbaycana gəlib

Əfqanıstan prezidenti Əşrəf Qəninin Azərbaycana səfəri başlayıb.

Dövlət başçısı dekabrın 1-də Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesi çərçivəsində 7-ci Nazirlər Şurasında iştirak edəcək.

Ə.Qəni həmçinin bir sıra rəsmi görüşlər keçirəcək. Prezidentin səfəri çərçivəsində Azərbaycan və Əfqanıstanın iqtisadiyyat və ticarət, investisiyaların müdafiəsi, hüquq-mühafizə orqanları sferasında və təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq, təhsil və aviaxidmətlər sahəsində 5 sənəd imzalayacağı gözlənilir.//Report

Nazirlər Kabinetinin növbəti iclası keçirildi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR