Dəhşətli etiraf -

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın 2014-cü ilin avqustundan etibarən Suriya və İraqda endirdiyi zərbələr nəticəsində 801 dinc sakin həlak olub.

Metbuat.az-ın məlumatına görə, daha 695 dinc sakinin ölümü ilə bağlı iddialar araşdırılır.

Qeyd edək ki, beynəlxalq koalisiyaya 70-dən çox ölkə daxildir. Bu koalisiya İraq və Suriya ərazisində İŞİD terror təşkilatına qarşı mübarizə aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR