"Vecernji List" yazır ki, Prosineçkinin ilinə 150 - 200 min avro təklif olunub. Lakin xorvatiyalı mütəxəssis danışıqlar zamanı maliyyə məsələsinin müzakirə olunmadığını bildirib. O deyib ki, Bosniya və Herseqovina millisinin baş məşqçisi olmaq ideyasını cəlbedicidir: "Bu komandada yaxşı oyunçular var. Hər bir baş məşqçi üçün bu cür potensiallı futbolçularla çalışmaq çətindir".
Qeyd edək ki, Robert Prosineçkinin rəhbərlik etdiyi məşqçilər heyətinin Azərbaycan millisində illik əmək haqqı 1,2 milyon avro olub.