Rusiyada keçiriləcək DÇ-2018-in püşkatma mərasimi olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,turnirin açılış matçında meydan sahibi Rusiya ilə Səudiyyə Ərəbistanı yığması qarşılaşacaq.

İyunun 14-də keçiriləcək oyun mundialların tarixinə düşəcək. Belə ki, milli komandalar arasında reytinq sıralamasının tətbiq olunduğu 1993-cü ildən bəri ilk dəfə açılış oyununda çempionatda iştirak edən komandalar arasında ən aşağı reytinqli iki komanda ilk matçda üz-üzə gələcəklər.

FİFA-nın son açıqlanan reytinq sıralamasında Rusiya 65, Səudiyyə Ərəbistanı isə 63-cü sırada qərarlaşıb.

Reytinq sıralaması hesablanandan bəri keçirilmiş dünya çempionatlarının aşılış oyunlarında aşağıdakı komandalar qarşılaşıblar.

DÇ-1994. ABŞ - İsveçrə
DÇ-1998. Braziliya - Şotlandiya
DÇ-2002. Fransa - Seneqal
DÇ-2006. Almaniya - Kosta-Rika
DÇ-2010. CAR - Meksika
DÇ-2014. Braziliya - Xorvatiya

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin