AZAL-dan sərnişinlərə qadağa!

AZAL-dan sərnişinlərə qadağa!
19:59 9 Yanvar 2015
173 Sosial
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Hava Yolları”nın (AZAL) bütün uçuşlarında elektron siqaret qurğularından (siqaret, qəlyan, siqar) istifadə qadağandır. Lent.az-ın məlumatına görə, bu barədə AZAL-ın rəmsi saytında sərnişinlərə müraciətində bildirilir: “Həmçinin elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına yol verilmir. Belə qurğular sərnişinin əl çantasında daşınmalıdır. Həmçinin, bütün hallarda litium-metal batareyaların (UN 3090) “Azərbaycan Hava Yolları”nın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağandır. Litium-metal batareyalar xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) İATA-nın Təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR