Torontoda naməlum şəxslər bıçaqla 5 nəfərə xəsarət yetiriblər
Paylaş
73 baxış·1 dəq oxu
Bakı. 2 dekabr. REPORT.AZ/ Kanadanın Toronto şəhərində naməlum şəxslərin bıçaqla insanlara hücum etməsi nəticəsində 5 nəfər yaralanıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü CTV telekanalı məlumat yayıb. Polisin məlumatına görə, yaralılardan ikisi ağır vəziyyətdədir, onların yaşı və cinsi açıqlanmır. Hüquq-mühafizə orqanları hücum edənləri axtarır.