“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, tədqiqat zamanı smartfon və internetə çox bağlı olan 19 yeniyetmənin (orta yaş 15,9) beyninin öyrənilməsi üçün maqnit-rezonans spektroskopiyadan istifadə edilib. Müqayisə kimi həmin sayda eyni yaşlı iştirakçılar seçilib.
Toplanmış nəticələrə əsaslanaraq Seulda fəaliyyət göstərən Koreya Neyroradioloji Universitetinin professoru Xyunq Suk Seo aşkar edib ki, smartfonlardan asılı olan yeniyetmələrdə depressiya, həyəcan, yuxusuzluq və impulsivlik əlamətləri daha çox özünü büruzə verir.
Emil Hüseynov