İlham Əliyevin səfər statistikası

İlham Əliyevin səfər statistikası
20:16 9 Yanvar 2015
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyevin ötən il ölkədaxili səfərlərinin statistikası açıqlanıb.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı bir ildə Azərbaycan bölgələrinə 23 dəfə səfər edib və 78 obyektin açılışına qatılıb.

Ölkə rəhbəri 2014-cü ildə Qəbələyə 2, Gəncəyə 2, Göygöl, Sumqayıt, Ağdaş, Şamaxı, Neftçala, Xızı, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Horadiz, İsmayıllı, Abşeron, Daşkəsən, Naftalan, Goranboy, Şəmkir, Sabirabad və Naxçıvan MR və başqa bölgələrə bir dəfə səfər edib.

Bu səfərlər çərçivəsində bir sıra mühüm obyektlərin, mədəniyyət mərkəzlərinin, muzeylərin, parkların açılışını edib avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, təməlqoyma mərasimlərində iştirak edib, hərbi hissələrə baş çəkib və sakinlərlə görüşlər keçirib.

Prezident 2014-cü ilin ilk səfərini Qəbələyə, son səfərini isə Sabirabada edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=318717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR