Birləşmiş Krallıqda 21 yaşlı ata 9 həftəlik qızını öldürüb.
Milli.Az xarici mətbuata istinadla bildirir ki, 21 yaşlı James Ring adlı şəxs 9 həftəlik qızının ölümünə görə məhkəməyə çıxarılıb.
Aria Ring adlı uşağı ölümcül vəziyyətdə tapan şəxslər onu xəstəxanaya aparıblar. O, iki gün sonra ölüb.
James Ring uşağın ölümü ilə bağlı əldə edilən videoya görə tutulub. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, James Ring xarici görkəminə görə emo tərzində geyimi ilə fərqlənir.
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində