Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI tura start veriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarına yekun vurulacaq.
Keçiriləcək 8 oyundan sonra daha 4 komanda 1/8 finala vəsiqə əldə edəcək. Bununla da qrupdan çıxacaq komandaların sayı 12-ə çatacaq. Son turda "Mançester Yunayted", "Bazel", MOİK, "Roma", "Atletiko", "Sportinq" və "Yuventus" xoşbəxtlərin sırasına qoşula bilər.
A qrupunda MOİK-lə üz-üzə gələcək "qırmızı şeytanlar"a bərabərlik də bəs edəcək. Qrupun digər oyununda "Bazel" xal itirsə, "Mançester Yunayted" istənilən nəticə ilə qrupdan çıxacaq.
B qrupunda PSJ və "Bavariya" minimum vəzifənin öhdəsindən gəliblər. Avropa Liqasına gedəcək komanda isə "Seltik" - "Anderlext" oyununda bəlli olacaq.
"Qarabağ"ın da yer aldığı C qrupunda "Çelsi" artıq lazımi nəticəni əldə edibsə, "Roma" və "Atletiko"nun taleyinə bu oyunlarda aydınlıq gələcək.
D qrupunda isə "Barselona"nın ardınca "Yuventus" və "Sportinq" də qrupdan çıxmağa iddialıdır.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
5 dekabr
A qrupu
23:45. "Benfika" (Portuqaliya) - "Bazel" (İsveçrə)
23:45. "Mançester Yunayted" (İngiltərə) - MOİK (Rusiya)
|
1. |
Mançester Yunayted |
5 |
4 |
0 |
1 |
10-2 |
12 |
|
2. |
Bazel |
5 |
3 |
0 |
2 |
9-5 |
9 |
|
3. |
MOİK |
5 |
3 |
0 |
2 |
7-8 |
9 |
|
4. |
Benfika |
5 |
0 |
0 |
5 |
1-12 |
0 |
B qrupu
23:45. "Seltik" (Şotlandiya) - "Anderlext" (Belçika)
23:45. "Bavariya" (Almaniya) - PSJ (Fransa)
|
1. |
PSJ |
5 |
5 |
0 |
0 |
24-1 |
15 |
|
2. |
Bavariya |
5 |
4 |
0 |
1 |
10-5 |
12 |
|
3. |
Seltik |
5 |
1 |
0 |
4 |
5-17 |
3 |
|
4. |
Anderlext |
5 |
0 |
0 |
5 |
1-17 |
0 |
C qrupu
23:45. "Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya)
23:45. "Roma" (İtaliya) - "Qarabağ" (Azərbaycan)
|
1. |
Çelsi |
5 |
3 |
1 |
1 |
15-7 |
10 |
|
2. |
Roma |
5 |
2 |
2 |
1 |
8-6 |
8 |
|
3. |
Atletiko |
5 |
1 |
3 |
1 |
4-3 |
6 |
|
4. |
Qarabağ |
5 |
0 |
2 |
3 |
2-13 |
2 |
D qrupu
23:45. "Olimpiakos" (Yunanıstan) - "Yuventus" (İtaliya)
23:45. "Barselona" (İspaniya) - "Sportinq" (Portuqaliya)
|
1. |
Barselona |
5 |
3 |
2 |
0 |
7-1 |
11 |
|
2. |
Yuventus |
5 |
2 |
2 |
1 |
5-5 |
8 |
|
3. |
Sportinq |
5 |
2 |
1 |
2 |
8-7 |
7 |
|
4. |
Olimpiakos |
5 |
0 |
1 |
4 |
4-11 |
1 |
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin