“İsraillə diplomatik əlaqələri kəsə bilərik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etmək istəməyi ilə bağlı sərt açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, Ərdoğan açıqlamasında deyib: “Cənab Tramp? Qüds müsəlmanlarının "qırmızı xətti"dir. Fələstin xalqının yaralarının qanamağı, hüquq pozuntularının hər gün davam etdiyi vaxtda İsrailə dəstək göstərib, belə qərar vermək təkcə beynəlxalq hüquqa deyil, həm də insanlıq vicdanına vurulan ağır zərbədir. Biz bunu sonuna qədər izləyirik. Əgər belə bir addım atılsa, 5-10 gün ərzində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Liderlər Sammitini keçirəcəyik. Təkcə bununla da kifayətlənməyəcəyik. Liderlərin sammiti ilə birgə, bütün İslam dünyasını səfərbər edəcəyik. Amerika bütün işləri bitirdi, indi də bu qaldı? İndi Netanyahu İsraildə öz ambisiyalarını həyata keçirə bilmir. Biz əlbəttə ki, sonuna qədər mübarizəmizi aparacağıq. Bu, İsrail ilə diplomatik əlaqələrin pozulmasına qədər gətirib çıxara bilər. Amerikanı regiondakı problemləri daha da dərinləşdirəcək belə bir addım atmamağa çağırırıq, belə addım ata bilməzsiniz. Artıq dünya bütövdür. Bu bütövlüyün içərisində istədiyiniz kimi hərəkət edərək, bölgədə yarana biləcək çətinlikləri göz ardı edə bilməzsiniz”.

Günay Elşadqızı / METBUAT.AZ

Tramp Qüds qərarını təxirə saldı - Səbəbi isə...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR