Rumıniyanın eks kralı 97 yaşında vəfat etdi

Rumıniyanı 10 il idarə edən eks kral Maykl, bu gün İsveçrədə vəfat edib.

Metbuat.az-ın məlumatına görə, ötən il səhhətindəki problemlər səbəbindən ictimaiyyət arasından geri çəkilən 97 yaşlı kralın ölüm xəbərini ailəsi açıqlayıb.

1927-1930 və 1940-1947-ci illərdə Rumıniyanı idarə edən kral, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onun 2011-ci ildə Rumıniya parlamentinə müraciətindən sonra ölkədə böyük qarşıdurma yaranmışdı.

1947-ci ildə taxtı tərk edərək, İngiltərə və İsveçrəyə sürgün edilən Maykl, bəziləri tərəfindən xain adlandırıldı. O illərdə vətəndaşlıqdan çıxarılan eks krala, 1997-ci ildə yenidən vətəndaşlıq verilib.

Günay Elşadqızı / METBUAT.AZ

Mixail Saakaşvili azadlığa buraxıldı - Polis geri çəkildi / SON DƏQİQƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR