Mixeil Saakaşvili haqqında axtarış qərarı verildi

Ukraynanın Baş Prokurorluğu, Gürcüstanın eks prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ilə bağlı axtarış qərarı verib.

Metbuat.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat katibi Larisa Sarqan sosial mediadakı yazılı açıqlamasında bildirib ki, intihar təşəbbüsünə, mütəşəkkil cinayətkarlığa, cinayətkar təşkilatın üzvlərinə kömək etmək və onların cinayətini gizlətmək şübhəsinə görə Saakaşvili haqqında axtarış qərarı çıxarılıb.

Qeyd edək ki, Mixel Saakaşvili ötən gün evində axtarış aparılmağına etiraz olaraq yaşadığı binanın damına çıxıb və intihar edəcəyini deyib. Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Saakaşvilinin tərəfdarları, onun aparıldığı maşını mühasirəyə alıb. Polislə onun tərəfdarları arasında saatlarla davam edən qarşıdurmalardan sonra Saakaşvili azad edilib.

Azad ediləndən sonra tərəfdarları qarşısında çıxış edən Saakaşvili, prezident Petro Poroşenkonun Putinin sifarişi ilə onu həbs etmək istədiyini bildirib. O, hər kəsi küçələrə çıxmağa səsləyib.

Günay Elşadqızı / METBUAT.AZ

Mixail Saakaşvili azadlığa buraxıldı - Polis geri çəkildi / SON DƏQİQƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR