Play Store

“Ey Tramp, sən nə etmək istəyirsən?” - Etirazlar davam edir

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına etirazlar davam edir.

Metbuat.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Ey Tramp, sən nə etmək istəyirsən? Bu necə yanaşmadır? Trampın bu açıqlaması provkasiya xarakteri xaşıyır”.

Roma Papası ilə danışmaq istədiyini dilə gətirən dövlət başçısı deyib: “Onunla bu axşam və ya sabah səhər görüşəcəyik. Çünki bura eyni zamanda xristianların da məbədidir, ona görə bu məsələni onunla da müzakirə etməliyəm. Hörmətli Putinlə danışığımız olacaq. Qərb ölkələri, Almaniya, İngiltərə, Fransa, İspaniya ilə də danışıqlar aparacam”.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası sabah təcili olaraq Qüds məsələsinə görə toplanacaq. Yığıncaq çağırışına Fransa, Boliviya, Misir, İtaliya, Seneqal, İsveç, İngiltərə və Uruqvaydan müsbət cavab gəlib. Körfəz ölkəsi Birləşmiş Ərəb Əmirlikləri də Qüdsün paytaxt elan edilməsini qınayıb. Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilib ki, bu, ərəb və müsəlman dünyasında gərginlik yaradacaq.

“CNN İnternational”a açıqlama verən Ağ Evin bəzi rəsmiləri Trampın qərarının Yaxın Şərqdəki sülh prosesinə zərər verəcəyini etiraf ediblər.

İngiltərənin Baş naziri Tereza Mey Trampın qərarına qatılmadıqlarını rəsmi olaraq açıqlayıb: “ABŞ-ın, səfirliyini Qüdsə köçürmək və status razılaşmasına varmadan, Qüdsü İsrailin paytaxtı olaraq tanınması qərarına qatılmırıq. Belə bir addımın bölgədəki sülh danışıqlarına kömək etməyəcəyinə inanırıq. Birləşmiş Krallığın İsraildəki səfirliyi Təl-Əvivdədir və səfirliyimizi köçürmək kimi planımız yoxdur. Qüdsün statusu, israillilər və fələstinlilər arasında müzakirə edilmiş razılaşma ilə təyin olunmalıdır və bunun nəticəsində Qüds, İsrail və Fələstin dövlətlərinin ortaq paytaxtı olmalıdır. BMT Təhlükəsizlik Şurasının qərarları istiqamətində, biz şərqi Qüdsü Fələstin torpaqlarının bir parçası olaraq görürük”.

Britaniyanın xarici işlər naziri Boris Conson da ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasının faydalı olmadığı və öz planlarına sadiq qalacaqlarını qeyd edib.

İraq, Bağdaddakı ABŞ səfirini Xarici İşlər Nazirliyinə çağırıb. İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Mahcub yazılı açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın Qüds qərarına görə, Bağdaddakı səfir Duqlas Sillimona etiraz notası veriblər.

Belçikanın xarici işlər naziri Didier Reynders, Avropa Birliyinin (AB) Yaxın Şərqdəki sülh danışıqları üçün daha çox iş görməyə çağırıb: “Sülh prosesində AB-nin daha təsirli rolu üzərinə götürməyi lazımdır”.

“Radio 1”-ə müsahibə verən Reynders deyib: “Belçikalı diplomatlar, bunun çox pis bir qərar olduğunu amerikalı həmsöhbətlərinə açıq şəkildə bildiriblər. ABŞ-da xarici siyasət qərarları verilərkən, artıq müttəfiqlərin daxil edilmədiyini görürük. ABŞ rəhbərliyi tək tərəfli olaraq öz qərar verir”.

Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, ABŞ-ı təqib edərək səfirliklərini Qüdsə köçürmək istəyən ölkələrlə təmasdadılar.

Günay Elşadqızı / METBUAT.AZ

Trampın qərarı Yaxın Şərqi yanğın yeri etdi - Toqquşmalar başlayıb / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR