Onlar istedadlı, gözəl və həmişə qələbəyə köklənən idmançılar olub. Öz ölkəsini dünyada yüksək səviyyədə təmsil edən bu qızlar sadəcə rekordlara imza atmaqla və çoxsaylı mükafatlar qazanmaqla kifayətlənməyib, həm də milyonlarla azarkeşlərin qəlbini fəth edib. Onlar karyerası ilə çoxdan vidalaşsa da, hələ də çoxlarının sevimli gimnastlarıdır.

Gimnastika idman növü yarandığı gündən bəri dünyada, o cümlədən Azərbaycanda da marağa səbəb olur. Xüsusilə bədii gimnastikanın milyonlarla pərəstişkarı var. Çünki bu, kamillik və zəriflik, dəqiqlik, harmoniya və qadın gözəlliyinin nümayiş olunduğu bir idman növüdür. Çünki ilahi gözəllik inanılmaz güc və məqsədyönlülüklə məhz burada birləşir. Məqsədyönlü, zərif və plastik qızlar haqlı olaraq, hörmətə, pərəstişə və Azərbaycanın ən gözəl gimnastları adına həqiqətən də layiqdir.

Publika.az bu yazıda həm istedadı, həm gözəlliyi ilə dillərdən düşməyən Azərbaycanın 3 məşhur gimnastı: Dinara Gimatova, Aliyə Qarayeva və Zeynəb Cavadlının yada salıb. Həmçinin onların hazırkı fəaliyyətləri haqqında da məlumatlar əldə etmişik.

Hələ antik dövrlərdə ilk Olimpiya oyunlarının iştirakçıları yarışlara hazırlaşmaq üçün gimnastika hərəkətlərindən istifadə edilib. Gimnastikanın əsas elementləri isə, XIX əsrdə müasir idmanın yaranması ilə meydana gəlib. Bu gün gimnastika inkişaf etməkdə və təkmilləşməkdə davam edir. Hər bir çempionatda və hər bir növbəti yarışda yeni çempionlar meydana çıxır, bədii gimnastikanın yeni əfsanələri yaranır. Gimnastlarımız mühüm yarışlarda digər ölkə idmançılarına rəqib olmaqla layiqli mübarizə aparır və fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olurlar.

Təsadüfi deyil ki, 2002-ci ildə vitse-prezident Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə artıq 2003 və 2004-cü il Dünya Kuboku mərhələlərinin və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb. Bədii gimnastika üzrə otuzuncu yubiley Avropa çempionatı isə 2014-cü ilin iyununda Bakının yeni memarlıq möcüzələrindən biri kimi tanınan Milli Gimnastika Arenasında keçirilib.

Dinara Gimatova

Azərbaycanın karyerasını başa vurmuş ƏN GÖZƏL GİMNASTLARI - FOTO

Tatar əsilli Azərbaycanlı bədii gimnastı Dinara Gimatova 18 noyabr 1986-cı ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Həştərxan şəhərində anadan olub. O, Dünya və Avropa Çempionatının bürünc medalçısıdır.

Dinara Gimatova ilk uğurunu 2003-cü ildə Bakıda qazanıb. O Gürzə ilə hərəkətlərində Dünya Kubokunun gümüş medalını qazanıb. Çoxnövçülükdə və Top ilə hərəkətlərində isə Dünya Kubokunun bürünc medalına layiq görülüb. Gözəl gimnast Dünya Kubokundan sonra növbəti uğurununu 4 il gözləməli olub. O 2007-ci ildə həm Dünya həmdə Avropa Çempionatında komanda yarışlarında bürünc medala sahib çıxıb.

Dinara Gimatovanın ən böyük yarışı isə 2008 Yay Olimpiya Oyunları olub. O Azərbaycanı Çin Xalq Respublikasının paytaxtında təmsil edib. Amma Dinara Gimatova Təsnifat mərhələsini adlaya bilməyib. O 66.525 xal toplayaraq 11-ci yeri tutub.

Azərbaycanın karyerasını başa vurmuş ƏN GÖZƏL GİMNASTLARI - FOTO

İdman karyerasını başa vurandan sonra Dinara Gimatova bir müddət Aliyə Qarayevanın məşqçisi kimi fəaliyyət göstərib. Ailə qurduqdan sonra Dinara Moskvaya köçüb. Əldə etdiyimiz məlumata görə, o, bir oğul anası və gözəl həyat yoldaşıdır.

Aliyə Qarayeva

Azərbaycanın karyerasını başa vurmuş ƏN GÖZƏL GİMNASTLARI - FOTO

Aliyə Qarayeva 1 yanvar 1988-ci ildə Yekaterinburq şəhərində anadan olub. Tatar əsilli Azərbaycanlı bədii gimnast ilk uğurunu 2007-ci ildə qazanıb. Aliyə Qarayeva Qran-Pri yarışında 2 bürünc medala layiq görülüb. Həmin il həmçinin Bakıda Avropa Çempionatında iştirak edib. Aliyə Qarayeva Komanda yarışlarında bürünc medal alıb. Gimnastika ipində isə o, 18.150 xal toplayaraq qızıl medala sahib çıxıb.

A.Qarayeva Bədii Gimnastikada Avropa Çempionu olan ilk azərbaycanlı gimnastdır. Həmin ilin son yarışında isə Dünya Çempionatında Komanda yarışlarında bürünc medala layiq görülüb.

Azərbaycanın karyerasını başa vurmuş ƏN GÖZƏL GİMNASTLARI - FOTO

2008-ci il Aliyə xanım üçün daha məsuldar alınıb. Belə ki, o, Dünya Kubokunda bürünc medal alıb. Həmin ilin avqust ayında Aliyə Qarayeva Çin Xalq Respublikasının Pekin şəhərində 2008 Yay Olimpiya Oyunlarında iştirak edib. O 4 hərəkətin cəmində 69.200 xal toplayaraq 7-ci yeri tutaraq təsnifat mərhələsini uğurla adlayıb. Finalda isə Aliyə Qarayeva 6-cı yerdə qərarlaşıb.

Olimpiya Oyunlarından sonra 2009-cu ildə Yaponiyanın İse şəhərində Dünya Çempionatında 2 gümüş və 1 bürünc medal qazanıb. Aliyə Qarayeva həmin il Dünya Oyunlarında bürünc medala layiq görüldü. 2011-ci ildə Aliyə karyerasında sonuncu dəfə Dünya Çempionatında mükafat əldə edib. O Fransanın Monpelye şəhərində bürünc medal, 2012-ci ildə isə Aliyə Qarayeva Avropa Çempionatında Nijni Novqorodda bürünc medala layiq görülüb.

Azərbaycanın karyerasını başa vurmuş ƏN GÖZƏL GİMNASTLARI - FOTO

2012-ci ildə Aliyə Qarayeva 2-ci dəfə Olimpiya Oyunlarında iştirak edib. O ilk olaraq təsnifat mərhələsində 111.850 xal toplayıb. Aliyə xanım bu nəticə ilə 3-cü olub və finala adlayıb. Finalda o ən yaxşı hərəkətini lent ilə nümayiş etdirib. Aliyə Qarayeva Lent ilə hərəkətlərdə 28.250 xal toplasa da, medal qazana bilməyib. O üçüncü yeri tutan Belaruslu Lyubov Çerkaşinadan cəmi 0.125 xal geri qalır. Beləliklə Aliyə Qarayeva ikinci dəfə iştirak etdiyi Olimpiya Oyunlarında medal qazanmasa da, 4-cü yeri tutaraq Azərbaycanın ən yaxşı bədii gimnastı kimi adını idman tarixinə yazdırmağa nail olur.

Azərbaycanın karyerasını başa vurmuş ƏN GÖZƏL GİMNASTLARI - FOTO

O, 2012 Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vurub. Hazırda Aliyə dünyanın məşhur əyləncə şirkətlərinin birində çalışır.

Zeynəb Cavadlı

Azərbaycanın karyerasını başa vurmuş ƏN GÖZƏL GİMNASTLARI - FOTO

Beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olub. O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış etməyə başlayıb. 2012-ci ildə aldığı zədə səbəbindən idmançı kimi fəaliyyətini yekunlaşdıraraq, məşqçilik karyerasına başlayıb.

Bir müddət Türkiyənin "İstanbul Genclik Spor Kulübü" və "Anabilim Jimnastik Kulübü"ndə çalışıb, 2013-cü ildən etibarən isə özünün gimnastika məktəbini açıb.

Azərbaycanın karyerasını başa vurmuş ƏN GÖZƏL GİMNASTLARI - FOTO

Zeynəb Cavadlı beynəlxalq dərəcəli idman yarışlarında çıxış etməsə də, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl-Məktumla ailə qurduqdan sonra gimnastika karyerası ilə birdəfəlik vidalışıb.

Azərbaycanın karyerasını başa vurmuş ƏN GÖZƏL GİMNASTLARI - FOTO

Yeri gəlmişkən xatırladaq ki, azərbaycanlə idman ustası ərəb şeyxiylə 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il ailə qurub. 2016-cı ilin iyun ayında cütlüyün qız övladı dünyaya gəlib. Körpəyə Səid Əl Məktumun nənəsi Sananın adı verilib. Zeynəb Cavadlı Səid Əl-Məktumun sayca üçüncü həyat yoldaşıdır.

Aytən