Avropa Birliyi ilə İngiltərə razılığa gəldi

Avropa Birliyi ilə İngiltərə arasında bu ölkənin tam üzvlüyündən çıxması ilə bağlı (Breksit) yaranan maneələrin aradan qaldırılmasında irəliləyiş olub.

Metbuat.az-ın məlumatına görə, AB-nin Komissiya sədri Jean-Klaud Yunker ilə İngiltərənin Baş naziri Tereza Mey bu gün Brüsseldə iclas keçiriblər. Yığıncaqdan sonra mətbuat konfransı keçirən Yunker deyib: “İngiltərənin çıxışı üçün apardığımız müzakirələrdə lazımi inkişafı təmin edə bildik”.

Tereza Mey isə çətin danışıqların ilk hissəsində tərəflərin qarşılıqlı razılaşma ilə irəliləyiş əldə etdiyini bildirib. AB liderlər zirvəsində müzakirələrin ikinci mərhələsinin keçirilməsinə razılıq veriləcək.

Qeyd edək ki, bu ilin iyun ayında başlayan danışıqlarda, Böyük Britaniyanın Avropa Birliyi üçün ödəməli olduğu pul, vətəndaşlıq hüquqları və İrlandiyanın sərhəd məsələləri önə çıxmışdı.

Xatırladaq ki, Britaniya ötən ilin iyun ayında referendumla AB-dən çıxmaq qərarı verib. İngiltərə 2019-cu ilin 29 martında Lissabon müqaviləsinin 50 maddəsinə uyğun olaraq rəsmən ayrılmaq prosesini başladıb.

Günay Elşadqızı / METBUAT.AZ

“Guya onlar işğalçı dövlətin qoşunlarını torpaqlarımızdan çıxartdıra bilmirlər?..” - Elman Məmmədov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR