“Koreya yarımadasında vəziyyətin nəzarətdən çıxmaması üçün Şimali Koreya ilə dialoqun başlanması zəruridir”.
Metbuat.az-ın məlumatına görə, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib. O, bu barədə gələn həftə Yaponiyaya səfəri ərəfəsində yapon KİV-lərinə müsahibəsi zamanı bəyan edib. Quterreş, Şimali Koreya problemini həll etmək üçün Yaponiya ilə əməkdaşlığı möhkəmləndirməyə ümid edir.
Baş katib bəyan edib ki, BMT öz nümayəndəsini dialoqun başlanması və nüvəsizləşdirmə ilə bağlı şəraitin yaradılması məqsədilə Pxenyana göndərib.