Çində biotexnologiya şirkətinə məxsus zavodda partlayış baş verib.
Metbuat.az-ın məlumatına görə, partlayış gecə saatlarında kimyəvi məhsullar istehsal edən müəssisələrin yerləşdiyi sənaye parkında baş verib. Nəticədə dağıntı və güclü yanğın yaranıb.
Məlumata görə, hadisə nəticəsində azı 2 nəfər ölüb, 7 nəfər dağıntılar altında qalıb. Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.