"Report" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.
Onun sözlərinə görə, yığıncaqlarda Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağının gələn il üzrə iş planı və büdcəsinin müzakirəsi nəzərdə tutulur.