Qurban Qurbanovun Azərbaycan milli komandasında debüt oyununun tarixi açıqlanıb
Paylaş
80 baxış·1 dəq oxu
Bakı. 11 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirəcək. “Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 2018-ci il fevralın 2-də Türkiyənin Antalya şəhərində təşkil olunacaq. Qeyd edək ki, bu, Azərbaycan yığmasının yeni məşqçisi Qurban Qurbanovun debüt oyunu olacaq.