“Şimali Koreya ilə danışıqlara başlamağa hazırıq”

“ABŞ, Şimali Koreya ilə nüvə problemi ilə bağlı ilkin şərtsiz danışıqlara başlamağa hazırdır”.

Metbuat.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Reks Tillerson deyib. Vaşinqtonda keçirilən Atlantik Şurası Koreya Forumunda danışan Tillerson, müzakirələrə başlamaq və gələcək yol xəritəsini təyin etmək üçün Şimali Koreya ilə danışıqlara ehtiyac olduğunu qeyd edib: “Şimali Koreya nə vaxt görüşmək istəsə, o vaxt görüşməyə hazırıq. İlkin şərtsiz görüşdə yol xəritəsini hazırlaya bilərik”.

Günay Elşadqızı / METBUAT.AZ

“Diplomatiyada heç bir mənfəət əldə etməmişik” - ABŞ dövlət katibi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR