AFFA milli komandaların baş məşqçilərini AÇIQLADI

AFFA milli komandaların baş məşqçilərini AÇIQLADI
12:13 13 Dekabr 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmalarında yeni təyinatlar açıqlanıb.

Publika.az AFFA-ın rəsmi saytına istinadən xəbər verir ki, 2018-ci ildən aşağı yaş qrupu üzrə millilərdə çalışacaq mütəxəssislər müəyyənləşib.

U-20 və U-21 millisinə “Qarabağ”ın kapitanı, eləcə də klubun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov təyin edilib.

Bundan əlavə, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-yə gətirilib.

Təyinatlarla yanaşı, 2 yaş qrupu üzrə yığma da yaradılıb. Bunlar U-20 və U-18 komandalarıdı. Hər iki yığmanın funksiyası bir yaş yuxarı milliyə oyunçular yetişdirmək olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR