Fələstin prezidenti: “Qüds Fələstinin patyaxtı olacaq”

Fələstin prezidenti: “Qüds Fələstinin patyaxtı olacaq”
13:22 13 Dekabr 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ “ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir”.
“Report” xəbər verir ki, bunu Fələstin dövlətinin başçısı Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə zirvə toplantısında bildirib. 
“O bunula özünü ABŞ-ın əyalətlərindən birini İsrailə verirmiş kimi aparır. Bu gün Yaponiya, Böyük Britaniya belə ABŞ-ın yanında yer almayıb”, - o vurğulayıb. 
M.Abbas qeyd edib ki, İƏT-in fövqəladə sammitinin məqsədi Qüdsün hazırkı statusunun dəyişdirliməsinə qarşı müqavimət göstəməkdir: "ABŞ beynəlxalq hüququ saymır və biz buna etiraz etmək üçün buradayıq. Qüds Fələstinin patyaxtı olacaq. Qüds olmazsa nə sülhdən, nə də müzakirələrdən danışmaq mənasızdır. Qüds Fələstində olmasa, sabitlik də olmayacaq.
Mən bütün müsəlmanları müqqəddəs yerləri qorumağa çağırıram. Livandakı ərəb torpaqlarının azad edilməsi bizim haqlı tələbimiz içərsində yer almaqdadır".
O vurğulayıb ki, Fələstin dövlətinin paytaxtı olan Qüdsü müdafiə edəcəklər: "Prezident Donald Trampın qərarı və təlimatı beynəlxalq hüquqa, xüsusi ilə BMT-nin qətnaməsinə ziddir. ABŞ sülh danışıqlarında vasitəçilk haqqını itirib. Biz ABŞ-ın vasitəçi olmasını qəbul etməyəcəyik. Sizlərin də bizim bu qərarı dəstəkləməyinizi istəyirik".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/felestin-prezidenti-quds-felestinin-patyaxti-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR