Dünyanın ən təhlükəli çimərliyi

Şimali Koreya sərhədinin yaxınlığında Cənubi Koreyanın Donqmak çimərliyi təhdid altındadır.

Metbuat.az-ın məlumatına görə, bu barədə “British Daily Mail” qəzetində xəbər verilib. Məlumatda bildirilib ki, Şimali koreyalı əsgərlər, bu çimərliyi ölkənin sərhədlərindən hədəf alan mina hücumu təşkil edirlər. Donqmak çimərliyində quma basdırılan və ya dənizin aşağı hissəsində təhlükəli minaların olduğu bildirilib. Məlumata görə, həmin çimərlikdən təkcə Cənubi Koreya vətəndaşları deyil, eyni zamanda, ABŞ və avropalı turistlər də istifadə edir.

Bu günə qədər həmin minalar səbəbindən 110 müxtəlif hadisə baş versə də, hələlik ölüm qeydə alınmayıb. Cənubi Koreya hökuməti və ordusu, çimərlikdəki təhlükəyə diqqət çəkmək üçün əraziyə elanlar yapışdırıblar. Ancaq Koreya dilində yazılan yazıları xarici turistlər başa düşmürlər.

Günay Elşadqızı / METBUAT.AZ

Qırıcı təyyarələr bombaladı: 39 ölü, 40 yaralı var - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR