Trampın bilmədiyiniz vərdişləri

ABŞ prezidenti Donald Tramp bu dəfə də "Kola"-ya düşkün olmağı və çox televiziya izləməsi iddiaları ilə gündəmə gəlib.

Metbuat.az-ın məlumatına görə, bu barədə “New York Times” qəzetində məlumat yayılıb. Qəzetin yazır ki, Tramp gündə 12 qutu dietik "Kola" içir. Bundan əlavə, Tramp televiziya izləməyi də çox sevir, hətta gündə 4-8 saat izləyir. Tramp qəzetin xəbərinə əsəbiləşib və o qədər müddət televiziya izləmədiyini deyib. O, qəzeti yalan xəbər yaymaqda günahlandırıb. "Kola" ilə bağlı isə heç bir açıqlama verməyib.

Məlumata görə, bir qutu kolada 42 milliqram kafein var. Əgər xəbər doğrudursa, bu, Trampın gündə 504 mq kafein qəbul etməsi deməkdir.

Mayo Klinikasının açıqlamasında bildirilir ki, gündə ən çox 104 qr kafein məsləhət görülür. Kafeindən çox istifadə etmək yuxusuzluq, əsəbilik, narahatlıq və əzələ zəifləməsinə səbəb ola bilir. Bəzi araşdırmalara görə, tərkibində süni dadlandırıcıların olduğu içkilər iştahı və şirniyyat istəyini artırır. Mütəxəssislər, Trampa ən azından "Kola"nı mineral su ilə qarışdırıb içməyi məsləhət görür.

Qeyd edək ki, Trampın "Kola" sevməyi ilə bağlı ilk iddia 8 ay əvvəl gündəmə gəlib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR