Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakıda orta yaşlı kişini avtomobil vurub
05:52 14 Dekabr 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Zabrat qəsəbəsində yolu keçən 1976-ci il təvəllüdlü Abbasov Qafar Əlipənah oğlunu minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-orta-yasli-kisini-avtomobil-vurub5

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR